USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

“Azeri Today” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün fərman imzalayıb.

Fərmanla Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

“İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Bildiririk ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.

Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar”, – deyə, nazirlikdən bildirilib.

“Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.

Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib: “Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər”.

Nazir qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur: “Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir”.

“Şahdəniz” qazı Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Avropa sərhədinə çatdırılıb.

SOCAR-ın məlumatına əsasən, Azərbaycanın “Şahdəniz” yatağından qaz 2019-cu il iyunun 15-də, tarixi bir gündə – Milli Qurtuluş Günündə Yunanıstan sərhədinə çatdırılıb.

“Şahdəniz” qazı 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olmuşdu.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizin tərkib hissəsidir. Boru kəmərinin ilkin buraxılış gücü 16 milyard kubmetr təkil edir.

Bu gün səhər saatlarında Ağstafa rayonunda Böyük Kəsik dəmiryol stansiyasının yaxınlığında, bazar ərazisində güllənmə hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, 1994-cü il təvəllüdlü Elnur Süleymanovun AK markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Azeri Today” “Reort”-a istinadən xəbər verir ki, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba qızı Əhmədova, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Bundan başqa, Şərqiyyə Musayeva və övladları – Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir.

Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur.

Rusiya Federasiyasının “Ural hava yolları” şirkətinin rəsmi mətbuat orqanı olan “UAM” jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

“Report” xəbər verir ki, jurnal öz səhifəsində “Günəşli Ermənistana vertolyot turları” adlı reklam yerləşdirilib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, “Ural hava yolları” şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

“Azeri Today” Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 3,2 maqnitudalı yeraltı təkanlar saat 09:23-də Lənkəran stansiyasından 22 km şimal-qərbdə Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı.

Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Azərbaycan xalqı böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva son zamanlar baş vermiş hadisələrin fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ilə bağlı gözləntilərinə dair sualı cavablandırdı.

O qeyd edib ki, Ermənistan elə özü münaqişənin guya ki, “Azərbaycanla Dağlıq Qarabağ arasında olması” rəvayətini yox edir: “Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır. Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir. ATƏT-in Minsk Qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir. Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk Qrupun həmsədrlərinin təklif etdiyi kimi iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir”.
Vaşinqton görüşündən gözləntiyə gəldikdə isə, XİN sözçüsü bildirib ki, hər bir görüşdən gözlənti əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır: “Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər. Həmçinin fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi “eksklüziv olaraq sülh yolu ilə həllinə” töhfə verə bilər”.

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

“Azeri Today” xəbər verir ki, bu barədə keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb.

Xəbərlər