USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

“Bütün bunlarla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır”.

“Azeri Today”-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda vurğulayıb.

“Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, deyə Azərbaycan Prezidenti bildirib.

İyulun 2-də Sədərək rayonunda bir şəhid ailəsinə, sağlamlıq imkanları məhdud iki Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən bir nəfərə yeni mənzillər təqdim olunub.

Mənzillə təmin olunanlar şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayevdir.

Məhkəmənin çıxardığı hökmdən verdiyim apellyasiya şikayəti təmin olunsa belə, bir daha Rusiyaya qayıtmayacağam.

“Azeri Today”xəbər verir ki, Fuad Abbasov Bakıda jurnalistlərə açıqlamasında bildirib.

Fuad abasovun sözərinə görə, deportasiya olunması üçün Ximki şəhər Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib:

“Şikayətim təmin olunsa və Rusiyada yaşamaq hüququm bərpa edilsə belə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

F.Abbasov deyib ki, həbsinin və deportasiya olunmasının əsl sifarişçiləri arasında Rusiya ermənilərinin liderləri durur.

Azəbaycanda Qusar və Quba rayonları ərazisində, dağlıq ərazilərdə yağıntı müşahidə olunub.

Əraziyə yağıntı normadan artıq düşüb. Qubanın bəzi yaşayış məntəqələrində 12 saat ərzində düşən yağıntının miqdarı 30 mm ötüb. Bu da xüsusi təhlükəli meteoroloji hadisə kimi qiymətləndirilir.

Yağıntının çox olması çaylarda suyun səviyyəsini 50-70 sm-ə qədər artırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

“Azeri Today”ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

“Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu, yolverilməzdir”.

“Azeri Today” xəbər verir ki, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: “Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik”.

Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.

“Azeri Today” xəbər verir ki, hərbi hissədə hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyindən bildirilib ki, bu il iyulun 1-dək fonda 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16936,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası davam edir.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, Konqres Mərkəzində keçirilən tədbirdə UNESKO-ya üzv olan dövlətlərdən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin baş nazirləri, baş nazir müavinləri, mədəniyyət, ətraf mühit, turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edirlər.

Sessiya zamanı UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir.

Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.

Xəbərlər