USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci xanımın “İnstagram” səhifəsində paylaşılan təbrikində deyilir: “Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik.

Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!”

“Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hər cür səylər göstərərkən Azərbaycan, hələ də qonşu Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-in, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğalına, təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalmasına, Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələrin məhv edilməsinə gətirib çıxarb”.

“Azeri Today” xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü zirvə iclasında çıxışı zamanı deyib.

“Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməmişdir. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilmişdir.

Münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan, beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir”, deyə E.Məmmədyarov vurğulayıb.

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib.

“Azeri Today” xəbər verir ki, bu məlumatı Meydan TV-yə deputat Araz Əlizadə təsdiqləyib.

Allah rəhmət eləsin!

Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilmə mərasimində iştirak edib. Dövlət başçısı qeyd edib ki, son illərdə, həm Bakı şəhərində, həm də bütün bölgələrdə böyük işlər görülüb: “Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb – bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.

Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm. Siz yaxşı bilirsiniz ki, əvvəllər Pirallahıda vəziyyət o qədər də ürəkaçan deyildi. İndi burada bütün lazımi şərait yaradılıbdır”.

Prezident qeyd edib ki, ağır vəziyyətdə yaşayan köçkünlərimizin problemləri də gündəlikdədir:

“İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.

Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən,birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat,ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat.

Milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki, bu barədə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Xatırladaq ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.

Prezident İlham Əliyev Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” iki ay müddətində yaradılacaq.

Baş prokuror Zakir Qaralov yeni əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Erməni girovluğundan azad olunan Azərbaycan vətəndaşı Elvin İbrahimov Qazax Müalicə-Diaqnostika Mərkəzindən evə buraxılıb.

əhiyyə Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə, E.İbrahimovun vəziyyəti hazırda yaxşıdır.

Xəbərlər