USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Bakı metrosunda vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteni” QSC-nin yaradılmasının 5 illiyi ilə bağlı yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, ilk dəfə 2015-ci ildə alınmış müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, əlavə daha 30 yeni vaqon alınmaqla park yeniləşdiriləcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı olacaq, metropolitenin lokomotiv parkı əsaslı şəkildə yenilənəcək. 

Böyük Britaniya parlamentində  Xocalı soyqırımın 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən, Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü David Evans, Britaniya parlamentinin üzvü Con Kilkluni, Londonun Vestminster rayonu Bələdiyyəsinin Şura üzvü Murad Həsənli və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Britaniya parlamentinin üzvü Bob Bləkmən hər il parlamentdə Azərbaycanın kədərli günlərinin, şəhidərin yad edildiyini bildirib və insanların bunu unutmaması üçün əlindən gələni edəcəyini bildirib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev soyqırımın tarixindən bəhs edərək bu cür vəhşiliklərin yenidən baş verməməsi üçün Xocalının yad edilməsinin önəminə toxunub: “Xocalı faciəsi Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, sadəcə, biridir. Ermənilər Cənubi Qafqazda ilk dəfə 200 il əvvəl Rusiya, İran və Osmanlı imperiyaları arasındaki müharibə zamanı ortaya çıxdılar. Biz erməni xalqı Qafqaza və Azərbaycan torpaqlarına yerləşdirildikdən sonra illərdir onların hədə-qorxu, təcavüz və insan ölümləri ilə nəticələnən ciddi təzyiqlərlə üzləşirik. Bu təzyiqlər hələ də davam edir”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 27 il əvvəl baş verən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız soydaşımızın erməni silahlıları tərəfindən amansızca qətlə yetirildiyini vurğulayıb: “Qətlə yetirilənlərdən başqa, 1200-dən çox insan əsir düşdü, itkin düşənlər oldu, onların taleyi hələ də məlum deyil. Biz istəyirik ki, bu kimi dəhşətli hadisələr, insanlıqdan uzaq əməllər bir daha baş verməsin”.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü David Evans Azərbaycan hökumətinə və xalqına başsağlığı verib. 

Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrədəki bölməsinə işgüzar səfəri çərçivəsində qurumun Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

Bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ikitərəfli münasibətlərdən qarşılıqlı məmnunluq ifadə olunub və əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.

E.Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən işlərin davam etdirildiyini bildirərək məcburi köçkünlərin probleminin dayanıqlı həllinin işğal amilini aradan qaldıraraq onların doğma yurdlarına qayıdışının təmin edilməsindən ibarət olduğunu vurğulayıb.

Xarici işlər naziri həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə məlumat verib. E.Məmmədyarov Azərbaycanın substantiv və nəticəyə yönəlik danışıqların tərəfdarı olduğu bildirilib. Xüsusilə qeyd edilib ki, mövcud status-kvo qəbuledilməzdir və Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Eyni zamanda E.Məmmədyarov Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Yaxın Şərqdən erməni mənşəli qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni olaraq köçürülməsi siyasətinə diqqət yetirərək işğalçı ölkənin bu əməllərinə BMT-nin biganə qalmamasının vacibliyini ön plana çəkib.

Öz növbəsində, Ali Komissar Filippo Qrandi Azərbaycan tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının büdcəsinə ayrılmış maliyyə inanəsinə görə təşəkkürünü bildirib. O, Azərbaycanla mövcud əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, gələcəkdə bu əməkdaşlığın daha genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov Ali Komissar Filippo Qrandini Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək XVIII Zirvə Toplantısına dəvət edib.

Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb və söhbət edib.

Heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Karotçenko, rusiyalı rejissor, yazıçı Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir.

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin ildönümüdür.

Azərbaycan xalqı hər il Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir, önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.


Futbol ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, AFFA rəhbərliyi, baş katib Elxan Məmmədov, əsas milli komandanın baş məşqçisi Nikola Yurçeviç və 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvləri Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər. 

Premyer Liqa klubları da soyqırımla bağlı sosial şəbəkələrdə maarifləndirici paylaşım edib və faciə qurbanlarını anıblar. 

“Azeri Today” “Azərtac”-a istinadən xəbər vərir ki ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatı Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcək. Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi strategiyası uğurla həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Amerikanın nüfuzlu yəhudi diaspor təşkilatlarının yeni qurulmuş əməkdaşlığı artıq öz bəhrəsini verməyə başlayıb.

Dövlət Komitəsindən “Azeri Today”-e bildiriblər ki, fevralın 25-də ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi Tarixi Muzeyində Amerika Sefardlar Federasiyasının və Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş “Nəzər yetirmək və danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” adlı tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi baş tutacaq.

Gecədə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderlər, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, BMT-nin rəsmi şəxsləri, Nyu-Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diasporumuzun üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və diasporumuz da daxil olmaqla, təxminən 150 nəfərin iştirakı gözlənilir.

Müxtəlif panellərdə çıxış edəcək şəxslər, ümumilikdə, soyqırımı, insanlığa qarşı cinayətlər, xüsusilə də Xocalı soyqırımı, bu cür halların qarşısının alınması və günahkarların cəzalandırılması yolları barədə danışacaqlar.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Sefardlar Federasiyası və digər önəmli yəhudi təşkilatları ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq ilk dəfə olaraq 2018-ci ilin noyabr ayında Dövlət Komitəsi sədrinin ABŞ-a səfəri zamanı qurulub və bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində iş aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21- də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

“Azeri Today” “Report”-a istinadən xəbər vərir ki görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı dünyanın dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, Avropa Şurası, İƏT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən tədbirdə müraciəti QMİ sədri Allahşükür Paşazadə oxuyub.

Müraciətdə deyilir: “O Bir Olan Yaradanın adı ilə!

Biz, milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 27-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.

Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişdir. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər mülki əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə yeksan edilmiş, əhalinin 150 nəfəri itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, fiziki və mənəvi terrora məruz qalmış, erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi yeddi il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməmişdir. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır. Çox böyük təəssüf doğuran məqamdır ki, bəzi dövlətlər real tarixi soyqırımların deyil, saxta soyqırım iddialarının tanınması yönündə səylərini əsirgəmirlər. Beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan hadisələrin qərəzli şəkildə siyasiləşdirilərək haqsız iddialara yol açması yönündə meyllər bizi narahat edir. Belə təəssübkeşlik heç bir vəchlə qəbul oluna bilməz!

Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı işgəncələr tətbiq edir, meyidlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur və bunun əlamətləri artıq göz qabağındadır. Xocalı canilərinin soyqırımı cinayətinə görə beynəlxalq tribunala çıxarılacağı gün uzaqda deyil, inşallah!

Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın dövlət rəhbərinin ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə səylərinin uğurla nəticələnməsinə inanır, bunun üçün dualar edirik. Biz Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirik. Biz, din xadimləri bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyir, Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə ədalətin bərqərarı, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”

Cari il martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərində Ümumdünya Xüsusi Yay Oyunları keçiriləcək.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən alınan məlumatat görə, Yay Oyunlarında Azərbaycandan 56 idmançı iştirak edəcək. Onlar yarışlarda idmanın on növü üzrə güclərini sınayacaqlar.

Xəbərlər