USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Türkiyə Ordusu Suriyanın İdlib bölgəsinə yerləşməyə başlayıb.

“Azeri Today” xəbər verir ki, ərazi artilleriya atəşinə tutulub.

Bölgəyə xüsusi təyinatlı birləşmələr də göndərilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

Bu barədə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK iclasda qərara alıb ki, adıçəkilən dairənin 8 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın.

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.

Verilən məlumata əsasən hadisə milli zəmində baş verib.

30 saylı Suraxanı birinci seçki dairəsinin 1 saylı məntəqəsinin də nəticələri videogörüntüyə baxıldıqdan sonra səsə qoyulub və etibarsız sayılıb.

Bununla da həmin seçki dairəsi üzrə nəticələri ləğv edilən məntəqələrin sayı 5-ə çatıb.

5 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına səfər edib.

Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşılayıblar.

“Suriyanın İdlib şəhəri ilə bağlı problemi həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvada keçirilən görüşü nəticəsiz başa çatıb. Çünki təklif olunan variant bizi qətiyyən qane etmir”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında deyib.

“Təəssüflər olsun ki, indiyə qədər istədiyimiz nəticəni əldə edə bilməmişik. Ona görə də son xəbərdarlığımızı edirik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Hər an əməliyyatlara başlaya bilərik. Daha açıq formada desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər”.

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

“Azeri Today” xəbər verir ki, bəyanatda qeyd olunur:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhaliyə qarşı soyqırımı törədilib. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub”.

Bəyanatda həmçinin qeyd olunur ki, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır: “75 il öncə Nizamnaməsi qəbul olunarkən BMT-nin elan etdiyi prinsiplərə və 2030-cu ilə qədər dünyanı inkişafa hədəfləyən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu mötəbər beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş konvensiyaların müddəaları, həmçinin Təhlükəsiz Şurasının Qətnamələri qeyd-şərtsiz icra edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalı, əsir və girovlar azad edilməli, Xocalıya ədalət təmin olunmalıdır”.

Şamaxıda zələzəl olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. İlkin məlumatlara əsasən yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 5 km olub.

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər – Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, İ.Hüseynli DSK-ya müraciət edərkən bir neçə seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Lakin MSK-ya müraciət edəndə həmin dairə üzrə məntəqələrin sayını artırıb. O, 1 protokol da təqdim edib.

Digər namizədlər də şikayətləri ilə bağlı disk də təqdim ediblər. Hər bir videogörüntü üzrə araşdırma aparılıb. Araşdırmalar zamanı 2 məntəqədə – 14 və 23 saylı məntəqələrdə pozuntular aşkarlanıb. Araşdırmalarda 23 saylı məntəqədə bülletenlərin topa şəkildə atılması faktı aşkar edilib. Bundan əlavə, 16, 25 və 21 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Bu da həmin məntəqələr üzrə (14, 16, 21, 23 və 25 saylı məntəqələr) nəticələrin etibarsız hesab edilməsinə şərait yaradır”.

İclasda həmin dairənin 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

“13 hərbçidən dördü xəstəlik, dördü isə bədbəxt hadisə nəticəsində ölüb”.

“News.am xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan son vaxtlar orduda qeyri-döyüş şəraitində ölüm hallarının artmasını şərh edərkən bildirib.

Son iki ayda Ermənistan ordusunda qeyri-döyüş şəraitində 13 hərbçi ölüb.

O deyib ki, 13 hərbçidən dördü xəstəlik, dördü isə bədbəxt hadisə nəticəsində ölüb.

Agentlik məlumat verir ki, bu gün Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artması ilə əlaqədar, parlamentin İnsan haqları və ictimai məsələlər komissiyasında qapalı iclas keçirilib.

İclasda əsgər ölümlərinin əksəriyyətinin intihar olduğu vurğulanıb.

Xəbərlər