USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşün təqvimi razılaşdırılıb.

Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Azərbaycan-Avropa əməkdaşlıq Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında çıxışında məlumat verib.

“Çox tezliklə ikitərəfli görüş olacaq. Tarixi artıq razılaşdırmışıq. Həmişə olduğu kimi, həm Bakıda, həm də Yerevanda elan olunacaq”, – deyə Məmmədyarov bildirib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində İmadəddin Nəsimiyə həsr olunmuş sərgi açılıb.

“Azeri Today” “ONA” xəbər agentliyinə istinadən bildirir ki, sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-i Azərbaycan, 20-i ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib.

Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illüstrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.
Həmçinin Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhəri ve muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, Nəsimi filmindən olan səhnələrə aid fotolar və s. təqdim olunub.

Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Azeri Today” xəbər verir ki, hadisə Bəşir Səfəroğlu küçəsində yerləşən Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzində baş verib.

Yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Aprel ayı tariximizə şanlı və qızıl hərflərlə yazılmış tarixdir. 4 günlük müharibə ilə həm dünyaya, həm də işğalçılara bir daha bəyan etdik ki, torpaqlarımız işğaldan azad olunacaq”.

Bunu İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun həmsədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, həmin günlərdə Azərbaycan dünyaya mesaj verib ki, torpaqlarının işğalı ilə razılaşmır və heç zaman da razılaşmayacaq: “Qarabağ və ona bitişik işğal altında olan ərazilər bizimdir və daim bizim olacaq. Bir azərbaycanlı, millət vəkili olaraq fəxr edirəm”.
İşçi Qrupun həmsədri aprel döyüşləri ilə bağlı danışarkən kədər hissini də qeyd edib: “Qələbəmizlə yanaşı, kədər hissi də var. Azərbaycanın qəhrəman oğulları şəhid oldular. Onların hər biri vətən uğrunda öz canlarından keçdilər. Ali Baş Komandanın əmrini sonuna kimi yerinə yetirdilər”

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən üç il ötür.

“Azeri Today” “ONA” xəbər agentliyinə istinadən xəbər verir ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur.

Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlunun ruhi xəstə olması rəsmi sənədlə təsdiqlənib.

“Azeri Today” “ONA” xəbər agenliyinə istinadən bildirir ki, o, Qazax rayon Ruhi Xəstəxanasında qeydiyyatdadır, orada dəfələrlə müalicə olunub.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ONA-nın sorğusuna cavab olaraq xəstəxanadan verilən rəsmi sənədi təqdim edib. Sənəddə qeyd edilib ki, həmin şəxs 25.02.2002- 13.03.2002,14.03.2003-26.03.2003, 01.03.2004-25.03.2004, 25.03.2005-31.03.2005, 09.03.2006-31.03.2006, 07.03.2007-12.04.2007, 12.01.2008-21.01.2008, 07.04.2009-16.04.2009, 11.01.2011-19.01.2011-dək orada stasionar müalicə alıb.

Qeyd edək ki, E. İbrahimov bu il martın 16-da yolu azaraq, təmas xəttinin qarşı tərəfinə keçib. O, sərhədi keçərkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayaraq, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığını diqqətə çatdırıb.

ATƏT-in sədri, Slovakiyanın xarici və Avropa məsələləri naziri Miroslav Layçak ötən gün Bratislavada ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

Təşkilatın sədri martın 29-da Vyanada, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ATƏT-in Minsk qrupu xətti ilə keçirilən ilk rəsmi görüşün nəticələri barədə məlumatlandırılıb.

Layçak danışıqların konstruktiv atmosferini təqdir edib, liderlərin münaqişənin dinc yolla həlli üçün növbəti addımların atılmasını dəstəkləmələrini alqışlayıb.

“Biz bu prosesə və liderlərin atəşkəsin gücləndirilməsi və humanitar sahədə bir sıra tədbirlərin görülməsini dəstəkləmələrinə nikbinliklə yanaşır və dəstəkləyirik”, – deyə Layçak bildirib.

Riqada (Latviya) bədii gimnastika üzrə “Baltic Hoop” və “Riga Spring” adlı iki beynəlxalq turnir keçirilib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvləri hər iki yarışda çıxış ediblər.

Böyüklər arasında Azərbaycan təmsilçisi Veronika Qudis “Baltic Hoop” turnirində iki final mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə gimnastımız həm gürzlər, həm də halqa ilə 8-ci yerdə qərarlaşıb. Çoxnövçülükdə isə Qudis 63.050 xalla 10-cu, digər Azərbaycan təmsilçisi Darya Sorokina isə 13-cü (60.350) olub.

Böyüklərin turniri ilə paralel gedən digər yarışda isə gənc gimnastlar medallar uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları “Riga Spring” adlı yarışda 4 finalda çıxış ediblər. Belə ki, Nərminə Səmədova lent ilə çıxışına görə hakimlərdən 15.350 xal almağı bacarıb və bürünc medala layiq görülüb. Digər 3 final mərhələsində isə ölkəmizi Arzu Cəlilova təmsil edib. A.Cəlilova isə ən yaxşı nəticəsini ip ilə çıxışında göstərərək, turniri 5-ci yerdə bitirib.

“Azeri Today” xəbər verir ki, seçkilərdə 30 şəhər, 81 rayon və 922 qəsəbə bələdiyyəsində 1389 yer uğrunda 8270 namizəd mübarizə aparır.

Müstəqil namizədlər və 12 siyasi partiyanın qatıldığı seçkidə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiya “Millət İttifaqı” blokunda birləşirlər. Səadət Partiyası da seçkilərdə “Millət İttifaqı” ilə birgə hərəkət edir.

Səsvermə ilə bağlı ölkədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət təhlükəsizlik tədbirlərinə cəlb olunub. Bundan başqa, nişan, toy və sair kütləvi şənlik və tədbirlərin səsvermə günü Türkiyə vaxtı ilə saat 18.00-a kimi keçirilməsinə məhdudiyyət qoyulub. Gecə saat 23.00-a qədər spirtli içki satılmayacaq. Seçicilər səsvermə otaqlarına mobil telefonla daxil ola bilməzlər.

Rəsmi məlumatlara görə, ölkə üzrə təxminən 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir. Seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub. Ölkə üzrə 1 milyon 156 min vətəndaş ilk dəfə səs verəcək. Ən çox seçici 10 milyon 560 min 96 nəfər olmaqla İstanbulun payına düşür. Seçicilərin 3 milyon 922 min 163 nəfəri isə Ankaradakı səsvermə məntəqələrində siyasi iradələrini ifadə edəcəklər.

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür.

“Azeri Today” xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər.

Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.

Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu gün 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.

Xəbərlər