USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan dövləti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq edir.

Qeyd olunub ki, Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal altında saxlanılır. Azərbaycanın bu ərazilərdə yaşayan 1 milyona yaxın əhali məcburi köçkünə çevrilib.

BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eyni zamanda Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq edib.

“Azərbaycan dövləti Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən bütün xarici ölkə vətəndaşlarına xatırladır ki, Ermənistanın hərbi birləşmələri tərəfindən davam edən işğal səbəbindən həmin ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.

Azərbaycan dövləti bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır.

Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən xarici vətəndaşlar, o cümlədən jurnalistlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər.

Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək və Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqlar”, – deyə xəbərdarlıqda bildirilib.

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

ABŞ Dövlət Departamentinin saytında yer alan xəbərə görə, tərəflər arasında görüş bu gün Brüsseldə baş tutacaq.

Qeyd edək ki, bu gün və sabah Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.

“Azeri Today”-ın xəbərinə görə, Qarakənd faciəsindən 28 il ötür.

Hadisə 1991-ci il noyabrın 20-də baş verib.

Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.

Faciədən 28 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışı olub.

“Azeri Today”-ın məlumatına əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verib.

Dövlət başçısı Pirşağı stansiyasından qatarla “Zabrat-2” stansiyasına yola düşüb.

Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.

Prezident İlham Əliyev “Zabrat-2” stansiyasına gəlib. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.

Sonra dövlət başçısı “Zabrat-2” stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verilib.

Dövlət başçısı burada bir qrup dəmiryolçu ilə görüşüb.

Son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışan Prezident İlham Əliyev deyib: Sağ olun, işlər yaxşı gedir. Bu gün yeni dəmir yolu xəttinin açılışını qeyd etdik. Pirşağı stansiyası istifadəyə verildi. Şəhərə qədər yolboyu bütün stansiyalar ən yüksək standartlara cavab verir, Bugünkü müasir Azərbaycanımızı güclü dövlət kimi bir daha göstərir.

Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Mən artıq bu rəqəmləri səsləndirmişəm. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik. Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hesab edirəm ki, bu vaqonlar, dünya miqyasında ən gözəl və təhlükəsiz vaqonlardır.

Dəmir yolları, stansiyalar tikilir, şəhərətrafı dəmir yolu uğurla inşa edilir. Bu gün mən Pirşağıdan Bakıya çox rahat gəlmişəm. Gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Gələn ilin investisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək.

Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır. Bakı-Gəncə sürət qatarının işləməsi görün ölkəmizə nə qədər böyük dəyişiklik gətirir. İndi Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Bundan sonra da bu işlər görüləcək. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası nəzərdə tutulur. İşlər çoxdur. Mən dəmiryolçuları görülmüş işlər münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Dəmiryolçular: Sağ olun.

Sonra dövlət başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb, onlarla söhbət edib.

Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.

Məlumat verilib ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub. Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir. Köhnə Sabunçu Vağzalının binasında yerləşən muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur. Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur. Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.

Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.

“Azeri Today”-ın məlumatına görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə elmi işlər üzrə prorektor təyin edilib.

Əvvəllər bu vəzifədə professor Əfqan Abdullayev çalışıb.

Bu ilin 10 ayı ərzində Gürcüstan Azərbaycana 400 mln. 350,7 min dollar dəyərində məhsul ixrac edib.

“Azeri Today” xəbər verir ki, bunu ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 4,1% artıb.Azərbaycan Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

“Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib ki, çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir: “Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”.

İranda benzinin bahalaşması ilə əlaqədar başlayan etirazlardan sonra ölkədə internet kəsilib və bu məhdudiyyət hələ də davam edir.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunub və bu barədə bütün internet provayderlərinə göstəriş verilib.

Noyabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filmi təqdim olunub.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, film “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin (İB) təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib.

Əvvəlcə “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filmi nümayiş olunub. Sonra “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin sədri Bəsti Nəsibova çıxış edərək filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. Bu cür filmlərin Qarabağ probleminin unudulmamasında böyük rolu olduğunu qeyd edib.

Daha sonra filmin mövzusu haqqında məlumat verilərək bildirilib ki, “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilərində erməni vandalizmi ilə üzləşən və taleləri məlum olmayan insanların həyatına həsr olunub. Müharibənin fəsadları nəticəsində minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların əksəriyyətinin taleyi hələ də məlum deyil. Məqsəd o insanların yaşadıqları ağrı-acını, dəhşətləri göstərməkdir. Burada ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin miqyası, dəhşətləri təsvir edilir. Film üç nəfər – bir əsir, bir girov və bir itkin azərbaycanlı üzərində qurulub və eyni, oxşar taleni yaşayan minlərin faciəsini, hiss-həyəcanını təqdim edir.

Tədbir çıxışlarla davam edib.

“Deputatı Aleksey Vinoqradov olduqca cəsarətli addım atıb”.

“Azeri Today” “Report”-a istiandən xəbər verir ki, bu fikirləri Rusiya bürosunun müxbirinə ekspert Yevgeni Mixaylov Rusiyanın Krasnodar diyarının Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradovun erməni faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərini boyaması məsələsinə münasibət bildirərkən deyib.

“Bu problem uzun müddətdir Armavirdə var idi. Çoxları faşist Almaniyası ilə əlbir olan şəxsə xatirə lövhəsi qoyulduğuna görə narazılığını bildirirdi. Lövhə artıq azı beş-altı ildir qoyulub. Narazılıqlar dərhal başlamışdı, amma ölkəmizin cənubunda çox sayda erməninin yaşaması səbəbindən sakinlər heç bir şey edə bilmirdilər. Ta ki siyasi konyuktura dəyişənə qədər. İndi görürük ki, o dəyişib”, – rusiyalı ekspert hesab edir.

“Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə görüşdə – həm Vladimir Putinlə görüşlərində, həm də digər çıxışlarında bu vəziyyəti çox açıq şəkildə səsləndirib. O, Ermənistanda Njdeyə abidə qoyulması ilə bağlı vəziyyət və Rusiyada da onun xatirəsinin əbədiləşdirilməsi barədə danışıb. Əgər biz – rusiyalılar faşistlərin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aparırıqsa, əlbəttə ki, bu vəziyyəti də nəzərə alırıq. Rusiyada ermənilər uzun müddətdir yaşayır, bəziləri hətta Armavir şəhərini yerli paytaxt adlandırır və burada özlərini çox rahat hiss edirlər. İndi erməni ictimai xadimlər bu vəziyyəti millətlərarası ədavəti qızışdırmaq kimi təsvir etməyə çalışırlar. Ancaq heç bir ədavət yoxdur. Biz Böyük Vətən Müharibəsi qəhrəmanlarına böyük hörmətlə yanaşırıq. Burada isə söhbət qəhrəmanlaşdırılan həqiqi faşist ortağından gedir. Bəlkə də, bu, lövhənin uzun müddət orada olmasına şərait yaradan zəngin erməni diasporunun bir növ qələbəsi idi”, – deyə Y.Mixaylov qeyd edib.

“Nikol Paşinyan Ermənistanın bir çox sahələrdə, o cümlədən faşistlərin qəhrəmanlaşdırılması baxımından heç də eyni istiqamətdə irəliləməmələri ilə bağlı siyasətçilərimizin gözlərini açdı”, – rusiyalı politoloq əlavə edib.

Onun sözlərinə görə, heç kim bu addıma görə deputat A.Vinoqradovu çox adamın arzuladığı kimi cəzalandırmayacaq: “O, vətəndaş qəhrəmanlığı edib. O, çox sayda zəngin və nüfuzlu ermənilərin yaşadığı şəhərdə hökumətin, yerli hakimiyyətin etməli olduğunu edib. Düzdür, özəl ərazi barədə qanun var. Ancaq Rusiyada bayram olmadığı halda, hətta Rusiya bayrağını da fərdi evlərdən asmaq olmaz. Burada isə söhbət özəl ərazidə açıq-aydın faşist olan birisinin abidəsindən gedir”.

Xəbərlər