USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Aprelin 15-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Görüşdə Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi iştirak edib.

Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə edilən razılığın inkişaf etdirilməsi üçün görüş iştirakçıları sərhəddəki və cəbhə xəttindəki vəziyyəti, eləcə də, humanitar sahədə əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə ediblər. Həllin əsas aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini siyasi və diplomatik yollarla həll etmək üçün səylərini davam etdirmək niyyətini təsdiqləyiblər. Münaqişə bölgəsində vəziyyətin xüsusilə də kənd təsərrüfatı işi zamanı daha da sabitləşməsinə diqqət çəkilib.

Onlar tərəflərin ərazisində həbsdə olan şəxslərin yaxınları ilə görüşməsinə şərait yaradılması ilə bağlı qarşılıqlı razılaşma əldə ediblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən, KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı praktik işə başlamağa hazır olduqlarını bildiriblər.

Rusiya XİN başçısı və Minsk qrupunun həmsədrləri regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. Yığıncaq iştirakçıları yaxın gələcəkdə təmaslarını davam etdirməyə razılaşıblar.

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər.

Lənkəranda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin bildirdiyinə görə, yeraltı təkanlar saat 03.16-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə, Lənkəran ərazisində qeydə alınıb.

Maqnitudası 3,6 bal, dərinliyi 36 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına 100 gün qalmış məşəl İtaliyanın paytaxtı Romadan Azərbaycana ötürülüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, lX əsrdə Dostluq və Qardaşlıq simvolu olaraq Roma İmperatoru Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutub.

Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edib.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında İslam Abbasov (-87 kq) final görüşünə çıxıb.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, o, dünya və ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Jan Belenyukla qarşılaşıb.

İdmançımız atası ruandalı olan Belenyuka 1:5 hesabı ilə yenilərək gümüş medalla kifayətlənib. Bununla da İslam Abbasov böyüklər arasında ilk mükafatını qazanıb.

Hacı Əliyev və Ağahüseyn Mustafayevin ardından daha bir güləşçimiz erməni rəqibini Avropa çempionatında məğlub etməyi bacarıb.

İslam Abbasov 1/4 finalda dünya və ötən ilin Avropa çempionu olmuş Maksim Manukyanı 6:1 hesabı ilə məğlub edib.

Həm İslam Abbasov, həm də Eldəniz Əzizli ilə Taleh Məmmədov axşam seansında yarımfinal görüşlərinə çıxacaq.

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı aparılan xidməti araşdırmanın nəticələrini açıqlayıb.

“Azeri today” xəbər verir ki, nazir məsələ ilə bağlı görülən işləri, qəbul edilən qərarları ictimaiyyətin diqqətinə çatdırıb.

O qeyd edib ki, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.

Bildirilib ki, xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil adlığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

“Azeri Today” “Orman.Az”-a istinadən xəbər verir ki, Cəlilabad rayonundan 12.04.2018 ci il tarixində Hərbi Xidmətə çağrılan 07.04.2000 təvəllüdlü Cəlilabad rayon Musalı kənd sakini Mayılzadə Məhərrəm Qafar oğlu 11.04.2019cı il N saylı hərbi hissədə xidmət aparan zaman şəhid olub.

Faktı Musalı kənd inzibati ərazi dairəsinin tabe olduğu Ləkin kənd bələdiyyəsinin sədri Asif Quliyev təsdiqləyib. O, bildirib ki, Qafar Mayılzadə hərbi hissədə xidmət aparan zaman minaya düşüb. Məlumata görə cəbhədən kəndin inzibati ərazi vahidi üzrə nümayəndəsinin müvaininə zəng edilərək şəhidin nəşinin sabah günorta saatlarında Cəlilabad rayonuna gətiriləcəyi bildirilib.

Qeyd edək ki, fakt hələki Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın “Hədə-qorxu dilindən istifadəyə son qoymalıyıq” bəyanatına münasibət bildirib.

XİN-nin bəyanatında qeyd olunur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi “sülh mühitinin yaradılması” Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil.

“Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər “A” deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur”, – XİN-dən vurğulanıb.

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki, nəticədə Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb. Götürülən silah və xəncərlər qablaşdırılaraq ekspertizaya göndərilib.

Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Xəbərlər