USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub.

“Azeri Today” TASS-a istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçicvəsində baş tutacaq.

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb.

“Azeri Today”-ın “Report”-a istiandən xəbərinə görə, bu layihənin keçdiyi tarixi yoldan danışan dövlət başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib. Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğulayıb.

Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlət başçısı deyib ki, bundan sonra da iki qardaş ölkə – Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək.

Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi başlayıb.

“Azeri Today” xəbər verir ki, açılış mərasiminin keçirildiyi İpsala qəsəbəsi TANAP-ın MS4 ölçü stansiyasının yerləşdiyi və Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilən ərazidir.

Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1-in tikintisinə 2016-cı il mayın 20-də başlanıb. Bu hissədə sınaq qazının vurulması işlərinə aprelin 15-də başlanılıb. İyunun 15-də “Şahdəniz” qazı Türkiyə-Yunanıstan sərhəddinə çatıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışı zamanı Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirib.

L.Abdullayeva bildirib ki, həmişəki kimi, Ermənistan baş nazirini anlamaq çox çətindir:

“Əlbəttə, Baş nazir N.Paşinyanın bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur. Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə, gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N.Paşinyan hansı strategiyadan danışır?

Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın”.

“Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, münaqişənin həlli ilə bağlı BMT TŞ-nin qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də, Minsk Qrupu həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə oz evlərinə geri qayıtmalıdırlar”, – deyə XİN rəsmisi qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev İsrafil Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Azeri Today” xəbər verir ki, sərəncama əsasən, İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib.

Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

“Azeri Today” xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev Şahmar Mövsümovun Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilb.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclası zamanı səsləndirdiyi fikirlər onun növbəti dəfə yalan və militarist ritorikadan çıxış etdiyini bariz şəkildə göstərir”.

“Azeri Today” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Bişkek sammitində çıxışını şərh edərkən bildirib.

“Əslində, bu kimi ritorika ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqları pozan elə Nikol Paşinyanın özüdür. Cari ilin avqust ayında Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır” fikri danışıqlar prosesinə çox ciddi zərbə vurmuşdur. Əgər Nikol Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir, yox əgər baş nazir bu fikrində hələ də qalırsa, bu, danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə və mandatına ciddi zərbədir, – deyə o qeyd edib.

L.Abdullayeva vurğulayıb ki, Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu il oktyabrın 3-də azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir: “KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 30-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunu, noyabrın 26-da isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib və hər iki görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistan baş nazirinə hər hansı aidiyyəti yoxdur”.

“Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, Qaregin Njde adlı faşist cəlladına abidənin ucaldılması barəsində konkret sənədlərə və dəlillərə istinad edərək çıxış etdi. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Paşinyanın gülünc və cəfəng fikirləri Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. İndi Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə gülüş və məsxərə obyektinə çevrilib. Baş nazir Paşinyanın SSRİ xarici işlər naziri V.Molotovun da Hitler ilə görüşdüyünü qeyd etməsi, həmçinin Qaregin Njdeni A.Soljenitsin ilə eyniləşdirməsi tarixi savadsızlıq və sinizmin nümunəsidir. Ermənistan baş naziri anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur”, – deyə Azərbaycan XİN rəsmisi əlavə edib.

Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib.

Xəbərlər