
Keçmiş SSRİ-nin sabiq müdafiə naziri, marşal Dmitri Yazov vəfat edib.
“Azeri Today” “TASS”-a istinadən xəbər verir ki, bununla bağlı xəbəri Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Qeyd edək ki, Dmitri Yazov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsində, eləcə də dinc əhaliyə qarşı törədilən qırğına rəhbərlik edən əsas şəxslərdən biri olub.