
Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında bürünc medalını qazanıb.
“Azeri Today” xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Levan Berianidzeyə qalib gəlib.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını 5 medalla başa vurub.