
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.
“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə
74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli
35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu
33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.
Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib:
91 saylı Ucar seçki dairəsi
81 saylı Beyləqan seçki dairəsi
72 saylı Yardımlı-Masallı seçki dairəsi
95 saylı Tərtər seçki dairəsi
42 saylı Sumqayıt ikinci seçki dairəsi
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
15 saylı Yasamal birinci seçki dairəsi
28 saylı Sabunçu üçüncü seçki dairəsi
79 saylı İmişli seçki dairəsi
60 saylı Salyan-Neftçala seçki dairəsi