USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusilə bölgədəki radikal ekstremizm və terrorizm təhlükəsi qarşısında və coğrafi vəziyyətimizə görə, ərazimizin qanunsuz nüvə ticarəti üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınmasına böyük əhəmiyyət veririk”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransında çıxışında deyib.

Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun möhkəm qanunvericilik bazası ilə hərtərəfli milli ixrac nəzarəti sistemini işləyib hazırlamışıq. Ancaq ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır.

Azərbaycan beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla regionda və dünyada nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi nəticəsində yaranan təhdidlərin azaldılması istiqamətində əməkdaşlığı davam etdirmək əzmindədir və bu məsələdə AEBA-nın əməkdaşlığına və dəstəyinə arxalanır. Dünyanın nüvə təhlükəsizliyinin təşviqində bu konfransın əhəmiyyətini vurğulayaraq, Azərbaycan “Nüvə Təhlükəsizliyi: səylərin davam etdirilməsi və gücləndirilməsi” üzrə Beynəlxalq Konfransın Nazirlər Bəyannaməsini dəstəkləyir”, – XİN rəhbəri vurğulayıb.

Xəbərlər