USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Türkiyənin Van-Bahçesaray avtomobil yolunda qar ucqunu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Van şəhər valisi Mehmet Emin Bilmez məlumat verib.

“İkinci qar uçqunu hadisəsində 8-i jandarma, 3-ü mühafizəçi, 1-i yanğınsöndürən olmaqla 12 nəfər həlak olub. Hazırda 9 vətəndaşımızın vəziyyəti ağırdır. Qar uçqunu altında neçə nəfərin qaldığına dair dəqiq məlumat yoxdur. Ümumilikdə qar uçqunu nəticəsində 23 nəfər həlak olub”, – o qeyd edib.

Xəbərlər