USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Fevralın 20-21-də Vyana şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) 19-cu qış sessiyası keçiriləcək.

“Azeri Today” xəbər verir ki, bu barədə ATƏT PA-nın Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 300-dək deputatın, həmçinin müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkə hökumətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək sessiyanın açılışında Avstriya parlamentinin aşağı palatasının sədri Volfqanq Sobotka, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, ATƏT-ə sədrlik edən Albaniya rəsmiləri nitq söyləyəcəklər.

Üç baş komitənin iştirakı ilə keçiriləcək sessiyanın gündəliyində uzanan münaqişələrin həllində ATƏT-in alət və mexanizmlərindən səmərəli istifadə etmək, iqlim dəyişiklikləri ilə bağlı fəsadlar, insan hüquqları sahəsində çoxtərəfli əməkdaşlıq kimi məsələlər var. Son günü hər üç komitənin birgə iclasında ATƏT məkanında antisemitizm, ayrı-seçkilik və dözümsüzlüyə qarşı mübarizə məsələlərinə dair xüsusi müzakirələr aparılacaq, Azərbaycan, Belarus, Özbəkistan, Ukraynada seçkilərdə müşahidəçi missiyalarının rəhbərlərinin məruzələri dinləniləcək.

Xəbərlər