USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Ambulans təyyarə yeni tip koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün Ankaradan Çinə yola düşüb.

“Azeri Today” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ambulans təyyarə halına gətirilən hərbi yük təyyarəsi Uhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 azərbaycanlı, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək.

Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 49 nəfər Türkiyəyə gətirilərək Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq.

Xəbərlər