USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb.

“Azeri Today” “Oxu.az”-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər həm birlikdə, həm də ayrı-ayrılıqda görüşüb fikir mübadiləsi aparıblar.

Danışıqlarda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer iştirak edib, daha sonra müzakirələrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qoşulub.

Üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı maddələrini müzakirə ediblər:

2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar;

Gələcəkdə birgə yaşayışın əsasını təşkil edən prinsiplər və elementlər;

Nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi.

Həmsədrlər münaqişənin sülh yolu ilə həllini və nizamlama prosesində məxfilik prinsipini tapmağı, habelə ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha vurğulayıblar.

Nazirlər yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə yenidən görüşməyə razılıq veriblər.

Xəbərlər