USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə növbəti görüşü yanvarın 29-30-da İsverçrənin Cenevrə şəhərində keçiriləcək.

“Azeri Today” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva da təsdiqləyib.

“Bildiyiniz kimi, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi. Bu xüsusda növbəti görüşlə bağlı yayılan məlumatı təsdiq edərək bildirmək istərdim ki, yanvarın 29-30-da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı Zöhrab Mnatsakanyan ilə görüşü keçiriləcək”, – o deyib.

Xəbərlər