USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.

“Azeri Today” erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyan sentyabrın 6-da Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Görüş planlaşdırılır. O, yaxın günlərə nəzərdə tutulub. Ancaq görüşün tarixinin eyni vaxtda açıqlanması ilə bağlı razılaşma var. Mən də XİN başçıları və ATƏT-in Minsk qrupu həmsədrlərinin razılaşmasını pozmaq istəmirəm”, – o vurğulayıb.

Xəbərlər