USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Türkiyənin Rusiyadan satın aldığı uzaqmənzilli hava və raket müdafiə sistemi olan “S-400” raketlərinin ikinci batareyası avqustun 27-dən etibarən tədarük olunacaq.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar məlumat verib.

O, birinci batareyanın iyulun 12-də tədarük edildiyini xatırladıb: “Məqsədimiz ölkəmizi və millətimizi xaricdən gələcək hava və raket təhdidlərinə qarşı qorumaqdır”.

Türkiyəli nazir Suriyanın şimalında PKK-PYD dayaqlarını məhv etmək istiqamətindəki fəaliyyətlərə də toxunub, Fərat çayının şərqində bununla bağlı ABŞ hərbçilərilə birgə addımlar atmağa tərəfdarı olduqlarını, iki ölkə hərbçilərinin müştərək gözətçilik fəaliyyətlərinə başlamaq üçün danışıqlar aparıldığını qeyd edib. “Amerikalılar tərəfindən terrorçulara aid qurğuların bir qisminin məhv edildiyinə və terrorçuların bir qisminin bölgədən çəkildiyinə dair yoxlanması zəruri olan məlumat aldıq. Bunları yoxlamaq və davam etdirmək üçün də çalışmalar yürüdürük”.

H.Akar deyib ki, ABŞ ilə müştərək addımlar nəzərdə tutulduğu kimi həyata keçirilməsə, Türkiyə Silahlı Qüvvələrinin B planı da, C planı da var”.

Xəbərlər