USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

“Azeri Today” “Report”-a istiandən xəbər verir ki,bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

Azərbaycandan Gürcüstana pul köçürmələri ümumi köçürmələrdə 1,4% paya malik olub. Qeyd edək ki, iyulda Gürcüstana xarici ölkələrdən 154,5 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 10,1 milyon dollar və yaxud 7% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 19,2 milyon dollar pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 1,6% və yaxud 0,3 milyon dollar çoxdur.

Xəbərlər