USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Rusiya Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır, tərəfləri güc tətbiq etməməyə çağırır.

“Azeri Today” xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Ermənistanla Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyətilə bağlı verilən açıqlamalara ziddir”, – deyən rusiyalı rəsmi Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasının yolverilməz olduğu qənaətində olduqlarını dilə gətirib: “Biz qarşıdurma tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə, vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”.

Xəbərlər