USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Şəki Xan Sarayı turistləri qəbul etməyə prinsipcə hazırdır”.

Bu fikirləri Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb: “Hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Çünki burada təhlükəsizliyə cavabdeh olan qurumlar var. Prinsipcə saray turistləri qəbul etməyə hazırdır. Razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək. Yəni, Şəki Xan Sarayının açılışı dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq. Çünki elə məsələlər var ki, bizim səlahiyyətimizdə deyil. Misal üçün, Şəki Xan Sarayında baş vermiş hadisə ilə əlaqədar olaraq bəzi məsələlər Fövqəladə Hallar Nazirliyinə, bəziləri Baş Prokurorluğa, digər məsələlər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Biz hazırda bu qurumların müsbət rəyini gözləyirik”.

Xəbərlər