USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının artımını 3,7%, 2020-ci ildə isə 3,5% səviyyəsində proqnozlaşdırır.

Bu barədə agentliyin Azərbaycan üzrə hesabatında deyilir.

“Fitch” agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli reytinqini sabit proqnozla “BB+” səviyyəsində təsdiq edib.

“Fitch” reytinqini əsaslandırarkən dövlət borcunun (2018-ci ildə ÜDM-nin 18,7 faizi) bənzər reytinqli digər dövlətlərlə (orta hesabla ÜDM-nin 44 faizi) müqayisədə aşağı səviyyədə olduğunu bildirir.

Agentlik qeyd edir ki, 2018-ci ildə qeyri-neft sektoru 1,8 faiz, neft-qaz sahəsi isə 0,7 faiz inkişaf edib, bu da qaz hasilatının 5,6 faiz artmasına xidmət edib. “Fitch” qaz hasilatının artması və dövlətin istehlakı yüksəltməyə imkan verəcək sosial tədbirləri sayəsində ölkədə iqtisadi artımın sürətlənməsini gözləyir.

Agentlik ölkədə milli valyutanın sabit məzənnəsini vurğulayır və diqqətə çatdırır ki, Azərbaycanda sosial və siyasi sabitlik davam edəcək.

Xəbərlər