USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm-lik minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilir”.

“Azeri Today” “Ona” İnformasiya Agenliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib.

Müdafiə Nazirliyi düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları təqdim edir.

Xəbərlər