USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Gürcüstan prezidenti Salome Zurabişvili 28 May – Respublika Günü münasibətilə Azərbaycanın Tbilisidəki səfirliyində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Bununla bağlı Gürcüstan Prezidentinin saytı məlumat yayıb.

O, səfirlikdə çıxışı zamanı son zamanlar Gürcüstan və Azərbaycan arasında mübahisəli sərhəd zonaları ilə bağlı ajiotaj yaradanları tənqid edib:

“Son günlər iki dost ölkə arasında danışıqlar komissiyası yolu ilə həll olunan bəzi məsələlər ətrafında ajiotajlar eşidirik. Bizi başqa yolla aparmaq istəyən indi keçmişdədir. Həmin keçmişdə ki biz ora qayıtmayacağıq. Bu siyasi manipulyasiya iki ölkəyə, sülhə, Qafqazda stabilliyə və inkişafa zərər vurur. Bu, heç kimə lazım deyil və biz yaxşı başa düşürük ki, son hədəfə çatmaq üçün ortaq mübarizə başlamışıq”.

Zurabişvili əmin olduğunu bildirib ki, tərəflər həm Gürcüstan, həm də Azərbaycan üçün uyğun olacaq qərar qəbul edə biləcəklər. Onun sözlərinə görə, danışıqların gözəlliyi bundadır.

Prezident bir daha qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər dostluq və ümumi maraqlara əsaslanır.

Xəbərlər