USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Əsas strateji tərəfdaşımız olan Azərbaycanla ortaq maraqlarımıza uyğun nəticələr əldə edəcəyik”.

“Azeri Today” xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani bildirib.

XİN rəhbəri deyib ki, uzun zamandır fəaliyyət göstərməyən sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya bu yaxınlarda yenilənib: “Biz komissiyanın mayın 23 və 24-də baş tutan görüşlərində bütün vacib məsələləri müzakirə etdik. Komissiya müzakirə apardığı bir vaxtda status-kvo dəyişməməlidir. Əsas məsələ siyasi iradədir və biz beynəlxalq hüquq çərçivəsində əsas strateji tərəfdaşımız olan Azərbaycanla ortaq maraqlarımıza uyğun nəticələr əldə edəcəyik”.

Xəbərlər