USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər.

“Azeri Today” “AZERTAC”-a istinadən xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyevin birbaşa göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə icra olunmaqdadır.

Dövlət başçısı və birinci xanım buradan paytaxtın mənzərəsini seyr ediblər.

Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb, burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb.

Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.

Dövlətimizin başçısına Hüseyn Cavid parkı-Nərimanov prospekti ilə bağlantı yolu və Cavanşir yol ötürücüsünün yerində inşa olunacaq yeni eyni səviyyəli yol qovşağının tikintisi layihəsi barədə də məlumat verildi.

Mərkəzi Parkın ərazisində bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası salınıb.

Görülən işlər çərçivəsində Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. . Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.

Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib.

Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar şəhərin müxtəlif məhəllələrində tikilən və yerli sakinlər arasında “Qüllə” kimi tanınan su qüllələri və quyuları aşkarlanaraq bərpa edilib. Həmin su quyularından bu istirahət məkanında aparılan suvarma işlərində istifadə olunur.

Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi ilə müşayiət olunur. Bütün bunlar Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar. Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması bu məsələdə mühüm rola malikdir. Yeni salınan bu park da Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət ediblər.

Dövlət başçısı və xanımı vətəndaşların problemləri ilə tanış olublar.

Xəbərlər