USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Şri-Lankanın paytaxtı Kolombonun kilsələrindən birinin yaxınlığında bir partlayış baş verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, insident istehkamçı dəstə aşkarlanan partlayıcı qurğunu zərərsizləşdirməyə çalışan zaman meydana gəlib.

Hadisə nəticəsində yük maşını yararsız hala düşüb. İtkilər barədə məlumat verilmir.

Qeyd edək ki, dünən Şri-Lankada Pasxa bazarında silsilə terror hücumları törədilib: ilk altı partlayış üç kilsədə, üç partlayış ölkənin müxtəlif hotellərində, yeddinci partlayış adanın qərbində, səkkizinci isə şəhərkənarı Kolombo qəsəbəsinin yaşayış kompleksində baş verib.

Son rəqəmlərə görə, itki sayı 290 nəfərə çatıb, 500 nəfər yaralanıb. Qurbanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları yer alır.

Xəbərlər