USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində, Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki,“Report”a müraciət edən bir qrup şikayətçi sözügedən ərazidə aparılan tikinti işlərinin qanunsuz olduğunu bildirib.

Şikayətçilərin sözlərinə görə, 16 mərtəbəli üç yaşayış binasının (Süleyman Vəzirov 17a, 17b və 17c) yanında aparılan tikinti işləri onların yaşadığı binaları da təhlükəyə məruz qoyub. Buna görə də sakinlər 2018-ci ilin iyun-iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediblər. BŞİH-də müraciətə baxıldıqdan sonra tikintinin qanunsuz olaraq həyata keçirildiyi üzə çıxıb. Buna görə də ərazidə aparılan tikinti işləri dayandırılıb.

Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a bildirib ki, ərazidə tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi əsasında həyata keçirilir: “Burada çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Doğrudur, ötən il orada tikinti işlərinin aparılması müvəqqəti olaraq dayandırılıb. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə tikinti işlərinin aparılmasının qanunauyğun olduğu barədə qərar qəbul edib. Burada qanun pozuntusundan söhbət gedə bilməz. Bütün sənədlər də qaydasındadır. Tikinti işləri “AZENN Group” MMC inşaat şirkəti tərəfindən həyata keçirilir”.

Məsələ ilə əlaqədar olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb: “Artıq bununla bağlı Dövlət Komitəsində araşdırmalara başlanılıb və araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xəbərlər