USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycan paytaxtında ekskursiyaya çıxan Naxçıvan Muxtar Respublikasının məktəbliləri martın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzi ilə tanış olublar.

“Azeri Today” “Azərtac”a istinadən xəbər verir ki, Mərkəzdə naxçıvanlı məktəblilərə burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, Bakı Gənclər Mərkəzi ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəz 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmən fəaliyyətə başlayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa olunan mərkəz yenidən qurulan istirahət parkında yerləşir.

Mərkəzdəki ulu öndər Heydər Əliyevin mənalı həyatı və xalqımızın tarixində taleyüklü rol oynayan çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş muzey naxçıvanlı şagirdlərin böyük marağına səbəb olub. Burada Ulu Öndərimizin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar, sənədlər və digər eksponatlar dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin təbliğində mühüm rol oynayır.

Sonra akt zalında Bakı Gənclər Mərkəzinin fəaliyyətinə dair təqdimat olub.

Bakı Gənclər Mərkəzi Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığının inkişafına da mühüm diqqət yetirərək onların dünyada, xüsusən Avropada gənclər sahəsində həyata keçirilən müxtəlif layihə və proqramlara cəlb olunmasına, eləcə də əcnəbi gənclərin ölkəmizdə müxtəlif tədbirlərdə və proqramlarda iştirakına çalışır.

Sonda Bakı Gənclər Mərkəzinə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafını əks etdirən nəşr hədiyyə olunub.

Xəbərlər