USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Azeri Today” “ganjanews.az”- a istinadən xəbər verir ki, Gəncənin Nizami Rayon Şeyx Bahəddin küçəsində və Kəpəz Rayon “Qrand Qafqaz” Ticarət Kompleksində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Yarmarkada Novruz atributları olan Kosa və Keçəl musiqili proqramla çıxıb edib, alıcılara bayram əhval-ruhiyyəsi bəxş ediblər.

“Novruz – 2019” kənd təsərrüfatı məhsullarının satış yarmarkasında Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Bazar qiymətindən aşağı kənd təsərrüfatı malları, mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar alıcılara təqdim edilib.

Ayrılan yer müasir standartlara uyğun formada təşkil edilib, istehlakçılar və fermerlər üçün əlverişli ticarət mühiti yaradılıb.

Xəbərlər