USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.

“Azeri Today” İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən xəbər verir ki, müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun “Truth” adlanan əsəri ilə çıxacaq.

“Etiraf edirəm ki, “Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə haqqındakı fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq” – deyə bəstəkar Borislav Milanov bildirib.

Xəbərlər