USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək istəyən 9 klub kadr-inzibati, idman, hüquq və infrastruktur meyarları üzrə tələb olunan bütün sənədləri AFFA-ya təqdim edib.

Bu haqda AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. Onun sözlərinə görə, klublardan 8-i Premyer Liqa, 1-i isə I Divizion təmsilçisidir: “Lisenziyalaşdırma dövrü açıq elan olunandan sonra elita ilə yanaşı, bütün I Divizion klubları Premyer Liqa üçün ərizə vermişdilər. Lakin real olaraq bütün sənədləri təqdim etməyə başlayan, mütəmadi əlaqə saxlayan hələlik 1 klubdur.

O qeyd etdi ki, hazırda lisenziyalaşdırma prosesi davam edir.

“Kadr-inzibati, idman, infrastruktur və hüquq meyarları üçün sənəd qəbulunun müddəti başa çatıb. Hüquq meyarında bank zəmanəti və maliyyə meyarı ilə bağlı sənəd qəbulu üçün son tarix 31 martdır. Bu iki meyarda hər hansı sənədin çatışmazlığı aşkar olunarsa, kluba aprelin 10-dək vaxt verilə bilər. Artıq bir neçə klubla danışıq olub, yaxın günlərdə bank zəmanət məktubunu təqdim edəcəklər. Bu baxımdan digər klublarla bağlı problemin olacağını düşünmürəm”.

Qeyd edək ki, hazırda I Divizionda 14 komanda çıxış edir. Onların yarısı Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarıdır.

Xəbərlər