Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. “Anadolu” xəbər verir ki, sənəddə beynəlxalq ictimaiyyətə çağırış edilərək qətliama ciddi reaksiya göstərilməsi istənilib. Bəyanatda Xocalı soyqırımı haqqında qısa məlumat da yer alıb. Sənəddə hadisə şahidləri və qurbanlarının hələ də həyatda olduğu, Xocalıda baş verənlərin tarixi olay deyil, günümüzün […]